Nazir “Diqlas”la bağlı sualları cavablandırdı - VİDEO (Yenilənib)

 Nazir “Diqlas”la bağlı sualları cavablandırdı -   VİDEO (Yenilənib)
  29 Mart 2019    Oxunub:6984
İqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara yardım edilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Azvision.az-ın məlumatına görə, nazir bildirib ki, ziyan dəyən vətəndaşlara ilkin ödənişlər gələn həftənin əvvəlində veriləcək.



Nazirin sözlərinə görə, ödənişlərin verilməsi ilə bağlı araşdırma aparılır: "Biz artıq bankla danışmışıq. Maddi ziyan dəyən şəxslər üçün hesablar açılacaq və vəsait kartlara köçürüləcək".

Ş.Mustayafev, həmçinin qeyd edib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq: "Hansı sahibkar bu krediti istəsə, ona köməklik ediləcək. Kredit dörd faiz ilə və uzun müddətli güzəştli şərtlərlə veriləcək. Zərərçəkmişlərə yeni yerlər veriləcək və 4-5 ay ərzində onlardan icarə pulu alınmayacaq".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Nazir   Diqlas  





Xəbər lenti