“Xalqın sığorta şirkətlərinə inamı çox aşağıdır” - Deputat

   “Xalqın sığorta şirkətlərinə inamı çox aşağıdır” -    Deputat
  29 Mart 2019    Oxunub:1994
“Azərbaycanda sığorta şirkətləri var, amma onlar üzərlərinə düşən işi lazımınca yerinə yetirmirlər. Xalqın sığorta şirkətlərinə inamı çox aşağıdır”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ticarət mərkəzlərindən birində baş vermiş yanğının vurduğu ziyanın ödənilməsini dövlət üzərinə götürüb: “Amma bu, həmişəlik belə ola bilməz. İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta sistemi işə salınmalıdır, institut kimi formalaşmalıdır”.

F.Ağamalı qeyd edib ki, bir çox hallarda sığorta şirkətləri sığorta olunan əmlaklara dəyən ziyanın ödənilməsi ilə bağlı problemlər yaradır: “Təklif edirəm ki, dünyanın sığorta şirkətlərinin mütəxəssisləri ölkəyə dəvət olunsun, onların təcrübəsindən istifadə edilsin”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   Fəzail-Ağamalı  





Xəbər lenti