Kəpəyin istehsalı və satışı vergidən azad olunub

Kəpəyin istehsalı və satışı vergidən azad olunub
  29 Mart 2019    Oxunub:1460
Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunub.
Azvision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az





Teqlər:





Xəbər lenti