18 yaşı olmayanlara energetik içkilər satılmasın! - Təklif

  29 Mart 2019    Oxunub : 1289
 18 yaşı olmayanlara energetik içkilər satılmasın! - Təklif
18 yaşına çatmayan şəxslərə energetik içkilərin satışının qadağan olunması təklif edilir.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva belə bir təkliflə çıxış edib.

Deputat bildirib ki, energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza böyük zərər vurur: “Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis