“Kupça”lar yeni qayda ilə veriləcək

  29 Mart 2019    Oxunub : 27558
 “Kupça”lar yeni qayda ilə veriləcək
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.
Azvision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.

Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilir, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Qanun layihəsinə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Azvision.az

Teqlər: Milli-Məclis   Kupça   Əmlak