“Mediasiya haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi

  29 Mart 2019    Oxunub : 829
“Mediasiya haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi
Milli Məclisinin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsi 5 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Müzakirələrdən sonra layihə I oxunuşda qəbul olunub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis