Azərbaycanlı deputat İrəvana gedib - FOTOLAR
Deputat Azərbaycanın qədim və tarixi diyarı, İrəvan xanlığının mərkəzi olan eyniadlı şəhərdəki Göy məscidi də ziyarət edib. Anar İbrahimov bununla bağlı özünün sosial şəbəkə hesabında fotolar paylaşıb və yazıb:
“Bu gün fürsət tapıb İrəvanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan Xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdı. Ziyarət və ibadət etdim. Allah təalanın tanıdığı bu fürsətə görə min şükür! İnşallah illər sonra da İrəvanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizləri özümüzə və özgələrə xatırlatmağa davam edəcək”.
Azvision.az