“Mehriban xanım bizə 3 otaqlı ev verdi” - Aprel şəhidinin xanımı
Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.
Mehriban Əliyevanın göstərişi ilə mənzil problemi həll olunan şəhidin xanımı Nəcibə Axundova Azvision.az -a bildirib ki, onlara qarşı göstərilən bu jestlə dövlət şəhid ailələrinin arxasında olduğunu hamıya sübut etdi.
“Heç kim, inhisarçı sahibkar varlı olsa belə şəhid ailəsinin haqqına girə bilməz. Mehriban xanıma təşəkkür edirəm, yoldaşım şəhid olandan sonra hər zaman arxamızda olduqlarını göstərirlər. Bugünkü hadisə bir daha bunu sübut etdi. Dünən məhkəməyə ədalətə inanıb getmişdik. Amma təəssüf ki, qeyri-adi hadisə ilə qarşılaşdıq. Düşünürəm ki, bu gün Mehriban xanım bizə Nərimanov rayonu ərazisində 3 otaqlı ev verməklə bir daha sahibkarlara nümunə göstərdi və onları untandırdı ki, siz vaxtında bu cür hərəkətlər etməlisiniz. Ümid edirəm ki, məhkəmənin ədalətsiz qərarı ləğv olunacaq”.
N.Axundovanın sözlərinə görə, müqavilə bağlanıldıqdan sonra yeni evə köçəcəklər.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Mehriban-Əliyev Şəhid Xanım