Müdafiə naziri BMT-nin toplantısında iştirak edib - FOTO

 Müdafiə naziri BMT-nin toplantısında iştirak edib -  FOTO
  29 Mart 2019    Oxunub:2537
ABŞ-da səfərə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.



Toplantıda, həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: BMT   Müdafiə-Nazirliyi  





Xəbər lenti