“Vəziyyət hər an kəskinləşə bilər” - ABŞ-dakı səfirimiz

   “Vəziyyət hər an kəskinləşə bilər” -    ABŞ-dakı səfirimiz
  30 Mart 2019    Oxunub:3782
“Münaqişənin həll edilməməsi bütün region üçün strateji baxımdan çox təhlükəlidir. Status-kvo sabit deyil. Bizdə sülhyaratma qüvvələri yoxdur. Əsgərlər bəzi hallarda bir-birindən 30 metr məsafədə qarşı-qarşıya dayanıblar”
Azvision.az xəbər verir ki, bu fikirlər Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Amerikanın “Fox News” informasiya kanalında dərc olunan məqaləsində yer alıb.

Qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə 1991-ci ildən, yəni Sovet İttifaqı dağılandan bəri davam edir. Separatçılar Ermənistanın köməyi ilə Azərbaycan ərazisini işğal ediblər.

Səfir xatırladıb ki, BMT Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir neçə qətnamə qəbul edib.

“Vəziyyət hər an kəskinləşə bilər. Hər iki tərəfin əlində kifayət qədər silah və müdafiə vasitələri var. Münaqişə hər an yenidən yarana bilər”, - diplomat deyib.

Azvision.az



Teqlər: Elin-Süleymanov   Səfir  





Xəbər lenti