Vasif Talıbov Dövlət Proqramını təsdiqlədi
Aparılmış təhlillər və formalaşmış əlverişli iqtisadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təminatının gücləndirilməsi, yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaradıb.
Fıərmanla “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.
NMR-nın Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görmək, İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və icrası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək tapşırılıb.
Azvision.az
Teqlər: Vasif-Talıbov Fərman