Zakir Həsənov ABŞ-da Aleksandr Zuyev ilə görüşüb

  29 Mart 2019    Oxunub : 980
Zakir Həsənov ABŞ-da Aleksandr Zuyev ilə görüşüb
ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 29-da BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib və hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov   ABŞ