Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib
  30 Mart 2019    Oxunub:1785
Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-160 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 420 kub/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 kub/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 85 kub/s olmaqla, ongünlük normanın 76 faizni təşkil edib.

Kür çayının aşağı axımında hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının aşağı axımında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Salyanda 9 sm azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2018-ci il martın 29-da 312 sm), Şirvanda 181 sm (2018-ci il martın 29-da 173 sm), Salyanda 99 (2018-ci il martın 29-da 103 sm), Bankədə 167 sm (2018-ci il martın 29-da 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2018-ci il martın 29-da 48 sm) təşkil edir.

Azvision.az



Teqlər: ETSN   Çay  





Xəbər lenti