Azərbaycanda qadınlara qarşı törədilən cinayətlər
Bildirilib ki, cinayət nəticəsində zərərçəkmiş qadınların sayı əvvəlki illə müqayisədə 1,4 faiz azalaraq 6048 nəfər, yetkinlik yaşına çatmayanların sayı isə 3 faiz azalaraq 614 nəfər olub.
"Qeydə alınmış 1175 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2017-ci ilin göstəricisindən 1,1 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 9,5 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 6,5 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisindən nisbətən 8,7 faiz azalaraq 1221 nəfər olub ki, onların da 74,9 faizini qadınlar, 1,4 faizini yetkinlik yaşına çatmayanlar təşkil edir. Bu cinayətlər nəticəsində zərərçəkən qadınların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalaraq 915 nəfər, yetkinlik yaşına çatmayanların sayı isə dəyişməyərək 17 nəfər olub".
Aytən Zəhra
Azvision.az
Teqlər: Statistika