Soyğunçuluq edən şəxs saxlanılıb

Soyğunçuluq edən şəxs saxlanılıb
  30 Mart 2019    Oxunub:1586
Bakıda əcnəbi vətəndaşı qarət edən Yevlax rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti