Muxtar Babayev Ağsuda qəbul keçirib

Muxtar Babayev Ağsuda qəbul keçirib
  30 Mart 2019    Oxunub:1684
Ekologiya və Təbii Sərvətlər naziri (ETSN) Muxtar Babayev Ağsu şəhərində vətəndaşları qəbul edib.
ETSN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən ekologiya və təbii sərvətlər naziri Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti