Bakıda ağacəkmə aksiyası keçirilib

  30 Mart 2019    Oxunub : 753
Bakıda ağacəkmə aksiyası keçirilib
Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, Nazirliyin, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayonların təsərrüfat xidmətləri işçilərinin, idarə, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən aksiyalarda paytaxt rayonlarının ərazisində minlərlə müxtəlif cinsli ağac tingi əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Təşkilatçılar ağacəkmə aksiyalarını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Azvision.az

Teqlər: ETSN   Ağac