Komitəyə 563 mindən çox müraciət daxil olub

Komitəyə 563 mindən çox müraciət daxil olub
  30 Mart 2019    Oxunub:1402
Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 563 min 381 elektron müraciət daxil olub.
Komitədən Azvision.az -a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti