Azyaşlının əli ətçəkən maşında qalıb

Azyaşlının əli ətçəkən maşında qalıb
  30 Mart 2019    Oxunub:1668
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti