Ətraf mühiti çirkləndirən kafe sahibləri cəzalandırılıb

  31 Mart 2019    Oxunub : 680
Ətraf mühiti çirkləndirən kafe sahibləri cəzalandırılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçiriblər.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 29-da keçirilmiş tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Xəyal" kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: DİN