Məzahir Pənahov Ukraynadakı seçkiləri qiymətləndirdi

   Məzahir Pənahov Ukraynadakı seçkiləri qiymətləndirdi
  31 Mart 2019    Oxunub:3498
Ukraynada prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilir. Seçkilər yüksək səviyyədə təşkil olunub, seçki məntəqələrində sakitlik hökm sürür və seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edirlər.
Azvision.az xəbər verir ki, bunu AzərTAc-a açıqlamasında Ukraynada seçkiləri müşahidə edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

“Bütün səviyyələrdə seçkilərin hazırlanması və keçirilməsində seçki komissiyalarının peşəkarlığı hiss olunur”, - deyə MSK sədri əlavə edib.

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ən vacib şərtlərdən olan sabitlik mövcuddur.

Qeyd edək ki, Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd edilib.

Azvision.az



Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti