Bakıda magistral su kəmərində qəza olub

  31 Mart 2019    Oxunub : 2726
 Bakıda magistral su kəmərində qəza olub
Bakıda Əhməd Rəcəbli küçəsindən keçən magistral su kəmərində qəza baş verib.
Bu barədə Azvision.az -a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Qurum rəsmisi qeyd edib ki, qəza ilə əlaqədar paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub.

Azvision.az


Teqlər: Azərsu   Qəza