Ağsuda yolda yaranan problem aradan qaldırılıb

Ağsuda yolda yaranan problem aradan qaldırılıb
  01 Aprel 2019    Oxunub:1782
Bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, hadisə nəticəsində yolda hərəkət qısa müddətlik məhdudlaşıb. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyini texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.

Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.




Teqlər: Ağsu   Yol  





Xəbər lenti