Sumqayıtın bəzi hissələrində işıq olmaycaq

  02 Aprel 2019    Oxunub : 674
Sumqayıtın bəzi hissələrində işıq olmaycaq
Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
Bu barədə Azvision.az -a "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Azvision.az

Teqlər: Azərenerji   İşıq