Siyasi partiyalara verilən vaxt başa çatdı

   Siyasi partiyalara verilən vaxt başa çatdı
  02 Aprel 2019    Oxunub:2573
Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb.

Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 26-ı MSK-ya maliyyə hesabatı verib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, “Qorqud” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verəcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti