Qaçırdığı maşınla piyadanı vurub öldürdü

   Qaçırdığı maşınla piyadanı vurub öldürdü
  06 Aprel 2019    Oxunub:1956
Aprelin 5-də saat 14 radələrində Yasamal rayonu H.Cavid prospektində Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurub.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən İ.Şahbazi orada ölüb. Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb.

Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti