Ölkədə 25 minə yaxın ağac əkilib

  09 Aprel 2019    Oxunub : 856
Ölkədə 25 minə yaxın ağac əkilib
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində keçirilən kütləvi ağacəkmə aksiyaları zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir.

Azvision.az

Teqlər: ETSN   Ağac