“Büdcədən pul oğurlayanlar cavab verməlidir” - Fəzail Ağamalı

“Büdcədən pul oğurlayanlar cavab verməlidir” -  Fəzail Ağamalı
  09 Aprel 2019    Oxunub:3046
“Hesablama Palatası işini elə yüksək səviyyədə qurmalıdır ki, büdcədən maliyyəşən qurumlar vəsaiti mənimsəməsinlər. Elə etmək lazımdır ki, bu cür neqativ hallar baş verməsin. Hesablama Palatasının fəaliyyətinə dövlət qurumlarının təsiri olmamalıdır”
Azvision.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bəzi məmurlar işdən çıxarılandan sonra onların mal-mülkü barədə mətbuatda məlumatlar yer alır: “Mənimsənilən vəsaitin geri qaytarılması ilə kifayətlənmək olmaz. Büdcədən pul oğurlayanlar Azərbaycan qanunları qarşısında cavab verməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti