“Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?”
Deputat bildirib ki, Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır: “Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatasının təklifləri, araşdırmaları öz faydasını verə biləcək”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis