“90 milyon manat vəsait səmərəsiz xərclənib” - Komitə sədri

 “90 milyon manat vəsait səmərəsiz xərclənib”  -    Komitə sədri
  09 Aprel 2019    Oxunub:1891
Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitilərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib. Hesabat ilində bərpa edilmiş vəsaitin 33,5%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti