Ən çox nöqsan aşkar edilən nazirliklər - Deputat açıqladı

 Ən çox nöqsan aşkar edilən nazirliklər -    Deputat açıqladı
  09 Aprel 2019    Oxunub:2608
Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyində aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, adı çəkilən nazirliklər bundan nəticə çıxarmalı, nöqsanları aradan qaldırmalıdırlar.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti