MSK ReAl-ın parlamentə təqdim etdiyi imzaları yoxlayacaq

MSK ReAl-ın parlamentə təqdim etdiyi imzaları yoxlayacaq
  09 Aprel 2019    Oxunub:2065
Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanun layihəsi ilə bağlı Milli Məclisə təqdim etdiyi 41500 imzanın yoxlanılması üçün İşçi Qrup yaradıb.
Azvision.az xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olmasını yoxlayacaq.

İşçi Qrupunun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq.

MSK üzvü Etibar Əliyev isə İşçi qrupunun əlaqələndiricisi təyin olunub. Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: MSK  





Xəbər lenti