“Azərsu”yun 2 əməkdaşı torpaq uçqunu altında qalıb

  09 Aprel 2019    Oxunub : 694
 “Azərsu”yun 2 əməkdaşı torpaq uçqunu altında qalıb
Ucar rayonunda kanalizasiya xəttində baş vermiş qəza aradan qaldırılarkən "Azərsu" ASC-nin iki əməkdaşı torpaq uçqunu altında qalıb.
Bu bardə Azvision.az -a qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, hadisə zamanı "Azərsu"yun iki əməkdaşı xəsarət alıb:

"Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar xəstəxanasında müayinə olunur".

Azvision.az

Teqlər: Azərsu