Prezidentin tapşırığı ilə İrana yardım göndərildi - FOTO

  10 Aprel 2019    Oxunub : 2661
 Prezidentin tapşırığı ilə İrana yardım göndərildi - FOTO
İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.
Azvision.az xəbər verir ki, aprelin 10-da FHN-in ayırdığı humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.



Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı iki ədəd ekskavator daxildir.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Azvision.az

Teqlər: İlham-Əliyev   FHN   Yardım   İran