Şeyxdən etiraf: “Bizim də günahımız var”

Şeyxdən etiraf:  “Bizim də günahımız var”
  29 Aprel 2019    Oxunub:1801
"Yeni Zelandiyada məscidə silahlı hücum xristian dünyasının dinə olan münasibətidir"
Azvision.az -ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, İraq və Suriyada baş verən hadisələr, "Allahu Əkbər" deyərək baş kəsənlər dinimizi gözdən salıb:

"İraqda olan Azərbaycan vətəndaşlarının uşaqları ölkəyə gətirilib. Ancaq o, uşaqların anaları orada qalıb. Kimdir günahkar? Bizim də günahımız var. Onların da günahı bizim boynumuzdadır. Sizin (red - axundların) əhatə dairəniz geniş olmalıdır. Məsciddən kənarda da təbliğat aparmalısınız. Əgər məscidə gəlmirlərsə, evlərinə gedib dinimizi düzgün təbliğ etmək lazımdır".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Şeyx   İraq  





Xəbər lenti