Konqoda Eboladan ölənlərin sayı 950 nəfəri ötüb

  30 Aprel 2019    Oxunub : 642
 Konqoda Eboladan ölənlərin sayı 950 nəfəri ötüb
Son 9 ayda Konqo Demokratik Respublikasında Ebola virusundan həlak olanların sayı 950 nəfəri keçib.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2019-cu il aprelin 29-na olan məlumata əsasən, Ebola virusuna ümumilikdə 1466 nəfər yoluxub, 1400 diaqnoz təsdiqlənib. Onlardan 957 nəfəri həlak olub, 411 nəfər isə müalicə edilib.

Azvision.az

Teqlər: Ebola   Konqo