Astarada yanğın - 20 nəfər təxliyə olunub

Astarada yanğın -    20 nəfər təxliyə olunub
  08 May 2019    Oxunub:1253
Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   Astara  





Xəbər lenti