Büdcənin icrası təsdiq edildi

  27 İyun 2019    Oxunub : 1005
 Büdcənin icrası təsdiq edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək III oxunuşda qəbul olunub.
Azvision.az xəbər verir ki, ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib. Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Büdcə   Layihə