Sabiq deputatların pensiyası artırılacaq - Yenilənib

  27 İyun 2019    Oxunub : 989
Sabiq deputatların pensiyası artırılacaq - Yenilənib
Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında keçmiş deputatların pensiyasının artırılmasını təklif edib.

Azvision.az -ın məlumatına görə, F.Ağamalı deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar:
“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”.

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli deputatın çıxışına cavab olaraq deyib ki, hazırda bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Deputat   Pensiya