“İşsizlikdən sığorta üçün 14 milyon manat ayrılır” - Hadi Rəcəbli - VİDEO

  27 İyun 2019    Oxunub : 1474
 “İşsizlikdən sığorta üçün 14 milyon manat ayrılır” - Hadi Rəcəbli - VİDEO
Xəbər verdiyimiz kimi, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üzrə büdcəsinin gəlir və xərcləri 15 milyon manat artırılır.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, İşsizlikdən Sığorta Fonduna yönəldilən 15 milyon manatın 14 milyon manatı işsizlikdən sığortaya, 1 milyon manatı isə təhsilə -peşə təhsilinin yaranmasına ayrılır.

Komitə sədri qeyd edib ki, bu artım Azərbaycanda 10 min insanın özünəməşğulluq ilə təmin olunmasına kömək edəcək.



Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hadi-Rəcəbli   Milli-Məclis   İşsizlik