Birinci vitse-prezident Azərbaycan xalqını təbrik

  07 İyul 2019    Oxunub : 4128
 Birinci vitse-prezident Azərbaycan xalqını təbrik
"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “ İnstagram ” hesabında qeyd edib.

Qeyd edək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.

Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Birinci-Vitse-Prezident   Şəki