Azərbaycan qazı Avropanın bir addımlığında

   Azərbaycan qazı Avropanın bir addımlığında
  01 Avqust 2019    Oxunub:2005
SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut edib.
Azvision.az SOCAR-a istinadən xəbər verir ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin inşasında 88,5 faiz işlər yekunlaşıb. Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir. SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut edib. Belə ki, ilkin investisiya dəyəri 11,7 milyard dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 milyard dollaradək vəsaitə qənaət etməklə SOCAR və tərəfdaşları birgə layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olublar.

Azvision.az



Teqlər: SOCAR   Qaz  





Xəbər lenti