Aviaşirkətdən
Azvision.az -a verilən məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.
Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.
Azvision.az