Zaqatalada sirkə turşusu içən 29 yaşlı qadın öldü

  09 Dekabr 2013    Oxunub : 736
Zaqatalada sirkə turşusu içən 29 yaşlı qadın öldü
AzVision.az APA- ya istinadən xəbər verir ki, Zaqatalada iki uşaq anası sirkə turşusundan zəhərlənərək ölüb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, dekabın 8-də saat 17 radələrində rayonun Əliabad qəsəbə sakini, 1984-cü il təvəllüdlü Orucova Nurlana Mais qızı güclü zəhərlənmə dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

N. Orucovanın sirkə turşusu içdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

N. Orucova ailəli, iki uşaq anası olub. Onun özünə qəsd edib-etməməsi araşdırmadan sonra məlum olacaq.

Fakala bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: