Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ
Partiya sədri bu addımın vandalizm olduğunu qeyd edib.
“Belə bir abidəyə qarşı vandalizm aktı edən insanlar Avropaya inteqrasiya etmək arzusundadırlar. Bu cür vəhşiliklə məgər Avropanın ailə üzvlərindən olmaq mümkündürmü? Hesab edirəm ki, yox”,– deyə partiya sədri bildirib.
R.Qurbanov vurğulayıb ki, bu davranış həmin xalqın imicinə xeyir gətirən məsələ deyil.
“Təbii ki, bunu bütün ukraynalıların ayağına yazmaq olmaz. Ukraynada bir qrup dövlətin konstitusyon quruluşuan qarşı çıxır və bu məsələlərlə həmin qüvvələr məşğul olur. Məhz Lenin abidəsinin dağıdılması həmin insanların özlərinin necə gücsüz olduqlarının əyani təzahürüdür”.
Fatimə Kərimli