Mağaza oğruları yaxalandı

Mağaza oğruları yaxalandı
  10 Dekabr 2013    Oxunub:1239
AzVision.az xəbər verir ki, Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki mağazadan məişət əşyasını oğurlamağa cəhd göstərən Bakı sakini Elxan Verdiyev obyektin sahibi Kazım Məmmədov tərəfindən yaxalanıb və rayon polis idarəsinə təhvil verilib.

Nərimanov rayonunda isə Bakı sakini Rasim Cəfərova məxsus mağazadan pul oğurlanıb. Rayon polis idarəsinin əməkdaşları oğurluğu törədən Gəncə sakini Pərviz Niyazovu və Yevlax sakini Əlişan Məmmədovu saxlayıb.

Sumqayıtın Novxanı bağlar sahəsində şəhər sakini Nəriman Əlimərdanova məxsus mağazadan oğurluğa cəhd göstərib. Oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunan Sabir Əliyev şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutulub.

Hacıqabul rayon sakini Lumuxanım Atamoğlanovaya məxsus mağazadan oğurluğa cəhd göstərib. Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağasəf Cəfərov yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla əlaqədar cinayət işi açılıbr, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti