“ASAN xidmət”ə 33 milyonuncu müraciət

  04 Oktyabr 2019    Oxunub : 2469
 “ASAN xidmət”ə 33 milyonuncu müraciət
“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu müraciət 2 saylı Bakı ASAN xidmət mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişliŞəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az

Teqlər: ASAN-xidmət