Yeni kanallar “Azerspace-1”lə yayıma başladı

  04 Oktyabr 2019    Oxunub : 1390
Yeni kanallar “Azerspace-1”lə yayıma başladı
Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peyki üzərindən 3 yeni kanal yayıma başlayıb.
Azvision.az xəbər verir ki, “Azərkosmos” Gürcüstanın “Mtavari Axri” və “Music Box”, Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabrdan etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.

Azvision.az

Teqlər: Kanal   Azerspace-1