Bakıda polis idarəsində intihara cəhd olub

Bakıda polis idarəsində intihara cəhd olub
  10 Dekabr 2013    Oxunub:1101
Yasamal rayon Polis İdarəsinə gətirilmiş şəxs binanın 2-ci mərtəbəsində yerləşən pilləkən boşluğundan özünü birinci mərtəbəyə atıb.
Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə, Yasamal rayon Polis İdarəsinə gətirilmiş 19.06.1982-ci il təvəllüdlü Astara rayonunda anadan olan Mirzəyev Zamin Həsən oğlu Polis İdarəsinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən pilləkən boşluğundan özünü birinci mərtəbəyə atıb. O, aldığı xəsarət nəticəsində Kliniki Tibbi Mərkəzin Travmotologiya şöbəsinə yerləşdirilib.


Teqlər:  





Xəbər lenti