“Yaxın günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik” - MSK sədri

 “Yaxın günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik” -    MSK sədri
  11 Oktyabr 2019    Oxunub:2525
“Bu ilin dekabrın 27-də bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərini yekunlaşdırır. Yaxın günlərdə seçkiləri rəsmi şəkildə elan edəcəyik”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

MSK sədri bildirib ki, seçki ölkə tarixində əlamətdar hadisədir. Onun sözlərinə görə, MSK maarifləndirmə işinə xüsusi diqqət yetirir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti